Rusiya prezidentinin andiçmə mərasimi mayın 7-də baş tutacaq.
YeniAN.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd olunur ki, mayın 8-də Duma hökumət sədrinin təyin edilməsi məsələsinə baxacaq.
Rusiya Federasiya Şurası prezident seçkilərini martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək.
Rusiya Federasiyasının prezidenti postu uğrunda Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4
namizəd mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.