Valyuta məzənnəsi

“28 May” ərazisində bu yeniliklər OLACAQ

Tarix:12-03-2024, 22:35

28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısı avtomobilsiz zonaya çevrildi - QƏRARAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı "28

May”​ metrostansiyasının ətrafında görüləcək işləri açıqlayıb.

YeniAN.az  agentliyə istinadən xəbər verir ki, ərazidə aidiyyəti qurumlarla birgə abadlaşma işləri həyata

keçiriləcək: "Bu işlər çərçivəsində asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun qurulması,

cümlədən velosiped zolaqlarının təşkil edilməsi və piyada zonalarının yaradılması nəzərdə tutulur.

Həmçinin ərazinin şəhərin alternativ mərkəzinə çevrilməsi hədəflənir”.

 

AYNA-dan bildirilib ki, Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da təşkil olunacaq.

Oxunub: 38



XƏBƏR LENTİ