Valyuta məzənnəsi

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başlayıb - FOTO

Tarix:22-08-2024, 17:30

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başlayıb - FOTO

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminə Cunqariya Alatausu dağlarında start verilib.

Bu barədə YeniAN.az -a Müdafiə Nazirliyindən məlumat verilib.Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başlayıb - FOTO

Bildirilib ki, plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər. Təlimin birinci günündə iştirakçılara dağçılıq ləvazimatlarından istifadə, sıldırım qayaya qalxma və enmə, yüksəklikdə ilkin tibbi yardımın göstərilməsi və yaralıların təxliyəsi üzrə təlimat-metodiki məşğələlər keçirilib.Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başlayıb - FOTO


Keçirilən təlimdə əsas diqqət döyüş tapşırığının icrası zamanı şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başlayıb - FOTO

Oxunub: 82



XƏBƏR LENTİ