İnsan hər gecə yatmazdan əvvəl özünə sualla müraciət edir: "Bu gün mən
nə yaxşılıq etdim, nə danışdım, nə düşündüm, nə anladım?... Əlbətdə,
söhbət mükəmməllik insandan gedir. Mükəmməlllik isə insana elə-belə
verilmir, uzun illərin zəhmətinin, məsuliyyətinin nəticəsində insan
mükəmməlliyə nail olur. Xeyirxah insanlar məsum uşağa bənzəyir, təmiz,
saf, pak... Yaş artsa da bu saflıq, bu paklıq onların sona qədər
yol-yoldaşı olur. U.Şekspir deyirdi: "Gələcəyiniz üçün ən yaxşı sərmayə
etdiyiniz yaxşılıqlar, xeyirxah əməllərdir. Bu gələcək isə böyük
məvhumda, el təbirində desək cənnətin qapısına yaxınlaşmaqdı. Yazımın
qəhrəmanı "By.SEVAS” estetik mərkəzinin qurucusu və rəhbəri Sevinc
Əsgərovadı...
Bir kədəri sevincə çevirsəniz həmin gün yaxşılıq etmiş olarsınız.
Kədəri
sevincə çevirənlər dünyanın ən güclü insanlarıdı. Millətindən,
irqindən, mənsubiyyətindən asılı olmayaraq xeyirxahlıq insana aiddi!
Həyatda çoxu peşəni, sənəti özü seçir, peşə sənət olaraq. Elə insanlar
da var ki, peşə, sənət onları seçir, belələrinə tanrının seçilmişləri
deyirlər, belələrinə qabında, öz yerindədi deyirlər. Bəli, Sevinc xanım
yuxarıda qeyd etdiyim kimi ikincilərə aiddir. Həyat təcrübəsi onun özünə
aid olduğuna görə... Çətinliklərlə, mübarizə də onun özünə aiddi... Bu
gün o, ən gözəl fəaliyyətlə məşğuldur. Qadın məmnuniyyətinin
yaradıcısıdır. Qadın məmnun olarsa, həyat gözəl olar. Qadın xoşbəxt
olarsa, hamı xoşbəxt olar. Bu isə gözəl ürək, bacarıqlı əllər, incə ruh,
peşəkar fəaliyyət sahibi Sevinc xanımın həyat yoludur. Qadınları məmnun
etmək, onları sevindirmək, gözəllik yaratmaq. Mükəmməllik isə bütün
maneələri məğlub edir, özü isə heç vaxt məğlubiyyətə uğramır.

Kim
deyib ki, dünya baş sığallayandı?! Həyatda ucalığa çatmaq üçün hamıdan
əvvəl öz məninlə və tanrı ilə dil tapmağın bacarmalısan. Birinci özündən
başlamalısan. Sevinc Əsgərova öz peşə fəaliyyətində öndə gedənlərdən
biridir. Bu isə asan yolla başa gəlmir. O, daim öz üzərində işləyir,
öyrənir, xarici ölkələrin təcrübəsi ilə maraqlanır, bu peşənin nə qədər
məsuliyyətli olduğunu dərk etdiyindəndir bütün bunlar.
Yaşamaq olar,
lakin böyük yaşamaq üçün çarpışmaq gərəkdi. Kim bu mübarizədə qalib
gəlirsə o da Yaşayır! Tanrı hər bir insana onun çəkə biləcəyi qədər yük
verir, bu əslində bir qədər mübahisəlidi. Çünki həyat təcrübəsi,
müşahidələr, yaşananlar isə başqa şey söyləyir! Tanrı öz sevdiklərini öz
gözündə ucaltmaq üçün çəkdiklərindən yüz qat artıq yükü daşımağa
məcbur edir! Sevinc Əsgərova hər bir yeniliyini insanlarla bölüşməkdən
çəkinmir. Çətinliklər onun həyat motivasiyasıdır. Estetik
kosmetologiyada yeniliklər həddən artıq çoxdur. Bu yenilikləri peşəkar
bir formada ortaya qoyub tətbiq etmək isə əsl peşəkarlıq tələb edir. Bu
isə həm böyük zəhmətin, həm də savadın nəticəsidir.
Sevinc xanımın
özünün gözəl bir ifadəsi qarşıma çıxdı və çox bəyəndim: "Elə etməliyik
ki, qadınlar güzgüdən küsməsin”. Bu əsl peşəkarın baxış bucağıdır. Qadın
güzgüdən küsrüsə həyatdan küsür. Buna isə yol verməmək gərəkdir. Sevinc
Əsgərova deyərdim ki, çox savab işlə məşğuldur. Onun kabinetinə gələn
hər bir xanım güzgü ilə "barışmağa” gəlir. Bu barışığın əsl səbəbkarı
"By.SEVAS” estetik mərkəzinin rəhbəri Sevinc Əsgərovadır. Hər bir
insanın adı onun tale yolunun bələdçisidir. Sevinc Əsgərova bu həyata
sevinc bəxş etmək üçün gəlib, bu da onun adının açması...
İncə ruha,
təmiz qəlbə, saf əqidəyə, gülər üzə sahib bir xanım əfəndi. Həm də
gözəl xeyriyyəçi əməllərin sahibi Sevinc Əsgərova... Onun həyat
fəlsəfəsində gözəllik yaratmaq eşqi dayanır. Qadın yaşından asılı
olmayaraq qadındır. Sevinc xanım bunu dərk edənlərdəndir. O, qocalar
evinin xanımlarının da qonağı olur və onların üzünə də təravət bəxş
edir. Taleyini gözəllik və sevinc bəxş etməyə həsr edən Sevinc xanım,
ürəyiniz və əlləriniz yorulmasın. Hələ çalınmamış qələbələr qarşıdadır.
Yolunuz açıq olsun!
Hürü Hacızadə
Yazıçı-publisist, "Xezertv.info"nun icraçı direktoru,
"Qızıl Qələm” mükafatçısı