Qaynarinfo-nun məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər
Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Səfir tərəfindən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qərbi
Azərbaycan İcması ilə bağlı İstanbulda qəbul olunmuş qərarların
manipulyativ təfsiri, sistematik şəkildə zorakılıq, hədə-qorxu və kobud
pozuntularla indiki Ermənistan ərazisindən qovulmuş İcmaya qarşı
ədalətin və insan haqlarının qorunması istiqamətində qərarların açıq
niyyətini təhrif etdiyi üçün təəccüb və qəzəb doğurur.
Ads by

Reklamınızı SmartBee ilə effektiv edin.
Əgər səfir İƏT-in qəbul etdiyi qərarların mətnindən xəbərsizdirsə,
onları diqqətlə oxumağı tövsiyə edərdik. Qərarlar, o cümlədən "İndiki
Ermənistan ərazisindən zorla və sistemli surətdə qovulmuş
azərbaycanlıların geri qayıtmaq hüququ” adlı qətnamə beynəlxalq hüquq və
ədalət prinsiplərinə əsaslanan danılmaz tarixi faktları əks etdirir. Bu
qətnamələr Ermənistanın yalandan təqdim etdiyi və İran səfirinin
səsləndirdiyi ərazi iddialarını deyil, didərgin salınmış
azərbaycanlıların fundamental hüquqlarının bərpasını tələb edir. Bundan
əlavə, qətnamə digər məsələlər yanaşı, Ermənistanın İcmanın fundamental
hüquqlarını davamlı olaraq inkar etməsini qınayır.
Səfirin Ermənistanın ehtiyaclarını ödəməyə hesablanmış saxta
bəyanatları Qərbi Azərbaycan İcması ilə bağlı qərarları 57 ölkə ilə
birlikdə dəstəkləmiş xarici işlər naziri səviyyəsində İstanbulda təmsil
olunmuş İran İslam Respublikasının mövqeyi ilə ziddiyyət təşkil etdiyinə
görə xüsusilə təhlükəlidir.
Səfirin mütəmadi və sistematik olaraq Azərbaycan əleyhinə təxribat
xarakterli çıxışları Azərbaycan və İran arasında münasibətlərə xələl
gətirmək məqsədi daşıyır.
Ermənistanın təhriflərinin bu cür şövqlə, Papadan daha çox katolik olmaqla təşviq edilməsi şərəf gətirməyəcək.
Oxunub: 0