Valyuta məzənnəsi

Qərbi Azərbaycan İcması məlumat yaydı

Tarix:14-04-2024, 20:24

Qərbi Azərbaycan İcması məlumat yaydı

 

Qərbi Azərbaycan İcması "Freedom House” təşkilatının qərəzli bəyanatına dair açıqlama yayıb.

YeniAN.az  həmin açıqlamanı təqdim edir:

"ABŞ-də fəaliyyət göstərən və özünü demokratiya və insan hüquqlarının keşikçisi kimi qələmə verən "Freedom House” təşkilatı illik hesabat dərc etmişdir. "Xalqlar keçiddə 2024” adlı hesabat hazırda beynəlxalq aləmdə cərəyan edən geosiyasi qarşıdurmaya ideoloji rəng verməyə çalışır.

Hesabatın müəllifləri açıq-aşkar qızışdırıdıcı yanaşma tutaraq, diplomatiya və qarşılıqlı anlaşmaya qarşı çıxır və ayırıcı xətləri dərinləşdirərək dövlətləri bu və ya digər düşərgəyə aid edirlər. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini və müstəqil siyasət yürütməsini həzm edə bilməyən hesabatın sifarişçiləri, 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror tədbirlərinin guya insan hüquqlarını pozduğunu iddia edir və ölkəmizi hansısa geosiyasi qrupa aid etməyə cəhd edirlər.

Ümumilikdə zərərli və yanlış olan hesabatda Azərbaycanın xüsusi hədəfə alınması "Freedom House”da kök salmış, vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin fəaliyyətinin nəticəsidir. "Freedom House”un erməni əməkdaşları insan hüquqları kimi ali dəyəri müdafiə etmək əvəzinə milli təəssübkeşlikdən çıxış edərək Azərbaycan qara yaxırlar”.

Qərbi Azərbaycan İcması "Freedom House”un irqçi düşüncəli dairələrin təsirinə düşərək öz mötəbərliyini itirməsindən təəssüflənir, təşkilatı siyasi dairələrin əlində alət olmamağa, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağırır.

Oxunub: 86



XƏBƏR LENTİ
Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir HİKMƏT HACIYEV
ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib
Bakıda 75 yaşlı kişi qətlə yetirildi: Şübhəli şəxs saxlanıldı
"Kliniki ölüm keçirtdim" - Natavan Həbibi
“Microsoft”a görə ABŞ-də ləğv edilən uçuşların sayı 2,3 mini keçdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyevin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq
Xankəndiyə marşrut xətti açılır - RƏSMİ
FTX Yessentukidə terror aktının qarşısını alıb
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR - Artıq mümkün olmayacaq...
Ermənistanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
Berlin hava limanında uçuşlar dayandırılıb
Dünyada kütləvi nasazlıq yaşanır: Hava yolları və bankların işində problem
Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu şəxslər 1 000 manat CƏRİMƏ OLUNACAQ
İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb
lham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb
İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib
İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib