Valyuta məzənnəsi

Bilgəh çimərliyində boynu sınan gənc öldü

Tarix:3-07-2025, 11:06

bilgeh-cimerliyinde-boynu-sinan-genc-oldu

Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyunun 14-ü Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Fuad Fəyyaz oğlu Musayev suya tullanarkən ehtiyatsızlıqdan xəsarət alıb.

Xəstəxanaya çatdırılan 22 yaşlı oğlanın boyun fəqərələrinin sındığı və sinirlərinin zədələndiyi məlum olub.

Tibbi yardıma baxmayaraq, F.Musayev iyulun 1-i xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Aslan Vəliyev

Oxunub: 11



XƏBƏR LENTİ