Valyuta məzənnəsi

Bakıda saxlanılan rusiyalılar anaları ilə görüşüblər

Tarix:Bu gün, 11:18

Bakıda saxlanılan Rusiya vətəndaşları anaları ilə görüşüblər.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "360.ru”ya məhbuslardan birinin bacısı Anastasiya Bezuqlaya məlumat verib.

Onun sözlərinə görə, bir neçə görüş baş tutub və bütün lazımi əşyaların ötürülməsi təmin edilib.

O bildirib ki, Rusiya vətəndaşlarının saxlanma şəraitindən şikayəti yoxdur: "Konsul bir neçə dəfə uşaqlarla görüşüb və saxlanma şəraitinin yaxşı olduğunu deyib”.

Xatırladaq ki, iyulun 1-də Bakıda İrandan narkotik tranziti, qadağan olunmuş maddələrin onlayn ticarəti və kiberdələduzluqda şübhəli bilinən səkkiz rusiyalı saxlanılıb.

Oxunub: 2



XƏBƏR LENTİ