Valyuta məzənnəsi

Evdə köməksiz qalan şəxs xilas edilib

Tarix:31-03-2019, 12:49

Evdə köməksiz qalan şəxs xilas edilibFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Obyektivxeber.info FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Oxunub: 240



XƏBƏR LENTİ