Aprelin 4-də saat 10 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Siyəzən rayon sakini E.Məhərrəmov idarə etdiyi “MAN” markalı yük avtomobili ilə yolu keçən Salyan rayon sakini İlahə Quliyevanı vurub.
DİN-nin Mətbuat xidmətindən Obyektivxeber.info-a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.