Bir gənc küçənin ortasında soyunaraq çılpaq şəkildə gəzməyə başlayıb.
Obyektivxeber.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Osmaniyə şəhər mərkəzindəki Atatürk küçəsində baş verib. Narkotik istifadəçisi olduğu təsdiqlənən M.Y adlı gənc yolda paltarlarını soyunmağa başlayıb.
Onu görən ətrafdakılar şoka düşüb və polisə məlumat verib. Hadisə yerinə gələn polislər gənci tutub. Polis bölməsinə aparılan gənc daha sonra Osmaniyə Dövlət Xəstəxanasına aparılaraq müayinədən edilib. M.Y ifadəsi alındıqdan sonra ailəsinə təslim edilib.