Valyuta məzənnəsi

"Məşhurlaşdıqdan sonra qızlar mənə çılpaq fotolar göndərir"

Tarix:16-04-2019, 10:29

"Məşhurlaşdıqdan sonra qızlar mənə çılpaq fotolar göndərir"Bu mövsüm "Benfika"da sərgilədiyi oyunla Avropa nəhənglərinin transfer siyahısına düşən Joao Feliks qatıldığı bir televiziya proqramında maraqlı açıqlamalar verib.

Obyektivxeber.info xəbər verir ki, tanınmış teleaparıcı Rui Maria Peqqonun qonağı olan 19 yaşlı portuqaliyalı futbolçu qısa müddətdə böyük şöhrət qazandığını bildirib: "Uğurum xüsusən qızlarla bağlı mənə çox kömək etdi. Sosial mediadan mənə tez-tez fotolar göndərirlər. Aralarında çılpaq fotolar daha çoxdu. Ancaq hazırda özümə sevgili tapmaq haqqında düşünmürəm. Hələ çox gəncəm".

Qeyd edək ki, "Benfika"nın 120 milyon avro qiymət qoyduğu Feliks bu mövsüm oynadığı 37 matçda 16 qol vurub və 9 məhsuldar ötürmə verib.

Oxunub: 183



XƏBƏR LENTİ