Valyuta məzənnəsi

Bakıda həyətləri su basdı, 3 nəfər xilas edildi

Tarix:1-11-2019, 20:30

Bakıda həyətləri su basdı, 3 nəfər xilas edildiPaytaxtda gün ərzində yağan yağış nəticəsində Binəqədi və Xətai rayonlarında yaşayış evlərinin həyətlərini su basıb.

Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya daxil olan məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması və 3 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Oxunub: 227



XƏBƏR LENTİ