Sumqayıtda ağır yol nəqliyyat hadisəsi baş verib.
YeniAN.az xəbər verir ki , hadisə şəhərin 18-ci mikrorayonundakı Məhəmməd Əsədov küçəsində baş verib.
Belə ki, "OPEL" markalı avtomobil 3 piyadanı vurub. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlardan 2 nəfəri ağır dərəcəli xəsarət alıblar.
Xəsarət alan şəxslərin Nəsibov Azər Alı oğlu (1984-cü il), Nəsibova Məsmə Etibar qızı (1982-ci il) və Babayeva Mehriban Vaysəddin qızı olduğu bildirilir.
Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
