Valyuta məzənnəsi

Bakıda buzda yıxılaraq xəsarət alanların sayı 39-a çatıb

Tarix:24-02-2021, 23:33

Bakıda buzda yıxılaraq xəsarət alanların sayı 39-a çatıb

Saat 18:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 39 nəfər (20 kişi, 19 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

***

16.03

Bu gün saat 15:00-a qədər olan məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.

***

13:15

Bu gün saat 13:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 22 nəfər (10 kişi, 12 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəarətləri alıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

***

11:33

Bu gün saat 11:30-a qədər olan məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdirilib.

***

10:14

Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

YeniAN.info

Oxunub: 182



XƏBƏR LENTİ