Fevralın 21-də Sumqayıtda sərnişin avtobusunun divara çırpılması nəticəsində müxtəlif xəsarətlər alan sərnişinlərin müalicəsi davam edir.
Səhiyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, xəsarət alanların bir hissəsinə ilkin yardım göstəriləndən sonra evə buraxılıb.
Yaralılardan 13 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya, 1 nəfər neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Neyrocərrahiyyə şöbəsindəki xəstə yaxın saatlarda evə buraxılacaq.
Oxunub: 337