Valyuta məzənnəsi

Tərtərdə çoban güllələnərək öldürülüb

Tarix:27-04-2023, 16:46

Aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən YeniAN.az-a bildirilib ki, ilkin məlumata görə kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib.

 

Qətlə yetirilən şəxsin Söylən kənd sakini Allahverdiyev Qaryağdı Abbas oğlu olması müəyyən edilib. O həmin ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.Çoban tüfənglə qətlə yetirildi | kanal24.az

Oxunub: 64



XƏBƏR LENTİ