Valyuta məzənnəsi

Sədərəkdə avtomobil yanıb FOTO

Tarix:31-10-2023, 14:34

Sədərəkdə avtomobil yanıb - YENİLƏNİB - VİDEO

Sədərək rayonunda minik avtomobili yanıb.

YeniAN.az  xəbər verir ki, yanğın Sədərək rayonunun Sədərək kəndində

qeydə alınıb.

FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi

Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri

dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində "Volqa” markalı minik avtomobilinin

mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək

avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində bəzi detallar və sürücü

panelinin bir qismi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Oxunub: 57



XƏBƏR LENTİ