Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Şərur şəhərində fəaliyyət göstərən
ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub.
YeniAN.az apa-ya istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Şərur rayon Dövlət
Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğınsöndürənlərin operativ
müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Nəticədə bazarın 900 m² hissəsində olan 1 ofis, 2 mağaza və 60 ədəd rəf yanıb, qalan hissələr mühafizə olunub.
Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb olunub.