Valyuta məzənnəsi

Xaçmazda ağır yol qəzası baş verib

Tarix:15-02-2024, 17:45

Xaçmazda ağır yol qəzası - 3 nəfər yaralandı

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.


YeniAN.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən

keçən hissəsində "TIR" və "Mercedes" markalı yük avtomobilləri toqquşub. Qəza nəticəsində 3 nəfər yaralanıb.


Yaralılar avtomobillərdən FHN xilasedicilərinin köməyi ilə çıxarılıb və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.

Oxunub: 88



XƏBƏR LENTİ