Valyuta məzənnəsi

Bakıda özünü göz görə-görə ölümə atan qadınla bağlı AÇIQLAMA

Tarix:25-03-2024, 18:08

"Bakıda avtomobil yoluna çıxan qadın barəsində qanunvericiliyə uyğun tədbirlər görülür”.

YeniAN.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru

İbrahim Əmiraslanlı Obyektivxeber.info-ın sorğusuna cavab olaraq bildirib.

 

Qeyd olunub ki, paytaxtın Suraxanı rayonunda yolun hərəkət hissəsinə keçməklə

təhlükə yaradan şəxsin əməlləri ilə bağlı yayılan görüntülər araşdırılıb.

İ.Əmiraslanlı bildirib ki, görüntüdə əks olunan qadının şəxsiyyəti məlumdur. Onun tüfeyli həyat tərzi sürən şəxs olması müəyyən olunub və barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.

Bakıda özünü göz görə-görə ölümə atan qadınla bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Oxunub: 50



XƏBƏR LENTİ