Valyuta məzənnəsi

Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var

Tarix:17-05-2024, 21:47

Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

YeniAN.az -ın  məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" ilə digər minik maşını toqquşub.

Qəza zamanı 1955-ci il təvəllüdlü Zülfüqar Hüseyn oğlu Əliyev hadisə yerində ölüb.

Xəsarət alanların adları aşağıdakı kimidir:

 

Vəliyev Zaur Əmrah oğlu (2001);

Əliyev Asif Fərman oğlu (1990);

Zeynalov Bayram Zabit oğlu (1995);

Sadıqov Röyal Vidadi oğlu (1988).

Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Gəncədə yerləşən xəstəxanaların birinə aparılıblar.

Yaralıların vəziyyətlərin orta ağır olduğu bildirlir.

Oxunub: 183



XƏBƏR LENTİ