Valyuta məzənnəsi

Maştağada kişi öldürüldü - 21 yaşlı gənc saxlanıldı

Tarix:14-10-2024, 09:33

Maştağada kütləvi dava olub, iki qardaş bıçaqlanıb Ucnoqta.az
 
Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib.

YeniAN.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki,1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi nəticəsində yerləşdirildiyi tibb müəssisəsində ölüb.
Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məmmədəli Əmirxanov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
Oxunub: 72



XƏBƏR LENTİ