Valyuta məzənnəsi

Boksçularımızın Yeniyetmələrin III Yay Olimpiya Oyunlarındakı növbəti rəqibləri müəyyənləşib

Tarix:16-10-2018, 05:04

 
 
 
 
 
 Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında boksçularımızın yarımfinaldakı rəqibləri müəyyənləşib. Yarımfinal mərhələsinə yüksələn boksçularımız Olimpiadanın ən azı bürünc medalını təmin ediblər.

AZƏRTAC xəbər verir ki, ilk döyüşündə kanadalı Spenser Volcoksa qalib gələn yığmamızın bayraqdarı, Avropa çempionu Nurlan Səfərov (60 kq) yarımfinal mərhələsində Atiçay Foemsap (Tailand) ilə qarşılaşacaq.

Digər boksçumuz Nicat Həsənovun (69 kq) da Olimpiadada debütü uğurlu alınıb. Avropa çempionatının gümüş medalçısı ilk görüşündə Amerika Samoasını təmsil edən Falaniko Tautayadan üstün olub. Finala gedən yolda dəri əlcək ustamız mərakeşli Yassin Elouarz ilə üz-üzə gələcək.

Hər iki boksçumuz yarımfinal döyüşünə oktyabrın 16-da çıxacaq.


Oxunub: 239



XƏBƏR LENTİ