Valyuta məzənnəsi

"Yuventus" Amsterdamda, "Barselona" Mançesterdə - YENİLƏNİR

Tarix:10-04-2019, 11:50

"Yuventus" Amsterdamda, "Barselona" Mançesterdə - YENİLƏNİRBu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Obyektivxeber.info xəbər verir ki, qarşılaşmalar Hollandiya və İngiltərədə təşkil olunacaq.

İngiltərədəki matçda "Mançester Yunayted" İspaniya "Barselona"sını qəbul edəcək. Hər iki kollektiv 1/8 finalda Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb. "Qırmızı şeytanlar" PSJ-ni, Kataloniya klubu isə "Lion"u üstələyib. Komandaların heç birinin heyətində cəzalı futbolçu yoxdur. Meydan sahiblərində Erik Bayi, Antonio Valensiya, Mateo Darmian və Aleksis Sançes zədəyə görə meydana çıxa bilməyəcək. Ander Errera və Markus Raşfordun matçda iştirakı isə sual altındadır. Qonaqlarda Usman Dembelenin meydana çıxacağı bəlli deyil.

Hollandiyada "Ayaks" İtaliya "Yuventus"unun müqavimətini qırmağa çalışacaq. Amsterdam komandası bundan öncəki mərhələdə turnirin son qalibi İspaniya "Real Madrid"ini yarışdan kənarlaşdırıb. "Yuventus" isə Madridin digər komandası "Atletiko"nu məğlubiyyətə uğradıb. Meydan sahiblərində Nussair Mazraui cəza, Hassan Bande isə zədə səbəbindən oyunu buraxacaq. Turin klubunda isə zədəli Martin Kaseres, Andrea Bartsalyi, Mattia Perin və Emre Canın matçı buraxacaqları dəqiqdir. Kriştianu Ronaldu və Duqlas Kosta isə bərpa olunublar və oyuna hazırdırlar.

Qeyd edək ki, dünən "Liverpul" "Portu"nu 2:0, "Tottenhem" "Mançester Siti"ni 1:0 hesabı ilə yenib.

Çempionlar Liqası
1/4 final
İlk oyunlar

10 aprel
23.00 Mançester Yunayed (İngiltərə) - Barselona (İspaniya)
Baş hakim: Canluka Rokki (İtaliya).
Mançester. "Old Trafford" stadionu.

23.00 Ayaks (Hollandiya) - Yuventus (İtaliya)
Baş hakim: Karlos del Cerro Qrande (İspaniya).
Amsterdam. "Yohan Kroyf Arena".

Oxunub: 275



XƏBƏR LENTİ