Valyuta məzənnəsi

Məşhur futbolçu qovulmasını "Twitter"dən öyrəndi: "Doğrudan?"

Tarix:13-04-2019, 11:34

Məşhur futbolçu qovulmasını "Twitter"dən öyrəndi: "Doğrudan?"İsveçin "Sürix" klubu 2 ay əvvəl məşqçilər korpusuna daxil etdiyi Floran Maluda ilə yolları ayırıb.

Obyektivxeber.info xəbər verir ki, klub bu barədə "Twitter" hesabından açıqlama yayıb: "Sürix"lə Floran Maluda arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib".

Maraqlıdı ki, Maludanın özünün bundan xəbəri olmayıb və qovulmasını "Twitter"dən öyrənib. Fransalı veteran futbolçu "Doğrudan? Mənim xəbərim yox idi" yazaraq təəccübünü gizlətməyib.

Qeyd edək ki, Fransa millisində 80 oyun keçirən Maluda "Lion", "Genqam", "Mets", "Çelsi" və "Trabzonspor" kimi klublarda çıxış edib.

Oxunub: 163



XƏBƏR LENTİ