Valyuta məzənnəsi

Maykl Essyen "Səbail"lə anlaşdı

Tarix:16-03-2019, 15:40

Maykl Essyen "Səbail"lə anlaşdı
Qanalı məşhur futbolçu Maykl Essyen "Səbail"lə müqavilə imzalayıb.

Obyektivxeber.info İndoneziya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı futbolçu paytaxt klubu ilə danışıqları yekunlaşdırıb. Anlaşmaya əsasən, futbolçu 2020-ci ilin yayına qədər ölkəmizdə çıxış edəcək.

Həmkarlarımız iddia edir ki, Esyen "Səbail"də həmçinin U-19 komandasının köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Esyen karyerası ərzində Fransanın "Bastiya”, "Lion", İngiltərəinin "Çelsi", İspaniyanın "Real", İtaliyanın "Milan” , Yunanıstanın "Panatinaikos" və İndoneziyanın "Persib Bandunq" klublarının formasını geyinib.
Oxunub: 268



XƏBƏR LENTİ