Rusiya Premyer Liqasında XXIV turun oyunları keçirilib.
Obyektivxeber.info xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi Moskva "Spartak"ı "Yenisey"i qəbul edib.
Oyun paytaxt klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ayaz Quliyev start heyətində meydana çıxıb. 21-ci dəqiqədə sarı vərəqə alan azərbaycanlı futbolçu 83-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb.
Bu qış fasiləsində "Rostov"dan "Spartak"a transfer olunan Ayaz Quliyevin yeni komandasında ilk qolu olub. Azərbaycan əsilli yarımmüdafiəçi Premyer Liqada 5, kubokda 1 oyun keçirib. O, mövsümün ilk yarısında "Rostov"un heyətində 15 oyun keçirərək bir qola imza atıb.