Valyuta məzənnəsi

Ayaz Quliyev Moskvada ABŞ vətəndaşını döydü - VİDEO

Tarix:12-04-2019, 12:38

Ayaz Quliyev Moskvada ABŞ vətəndaşını döydü - VİDEO“Spartak” futbol klubunun yarımmüdafiəçisi Ayaz Quliyev bu gün Moskvada ABŞ vətəndaşı Maykl Elini döyüb.

İnsident Ayaz Quliyevin işıqforun qırmızı işığına məhəl qoymadan yolu keçməsi ilə başlayıb.
O yolu keçən piyadanı vurub. Futbolçu avtomobildən çıxaraq dava etməyə başlayıb. Ayaz Quliyev amerikalının burnunu sındırıb. Hadisə yerinə polislər cəlb olunub.

Polis şöbəsində Maykl Eli şikayətçi olmadığını bildirib. Ayaz Quliyev üzr istəyib və həkim xərclərini ödəməyi təklif edib. Ona qarşı İnzibati Xətalar məcəlləsinə uyğun olaraq cərimə tətbiq edilib.

Oxunub: 242



XƏBƏR LENTİ