Valyuta məzənnəsi

AVRO-2020-nin ev sahibliyi Dublinin əvəzinə Sankt-Peterburqa verilə bilər

Tarix:21-04-2021, 16:03

AVRO-2020-nin ev sahibliyi Dublinin əvəzinə Sankt-Peterburqa verilə bilər

AVRO-2020-nin final mərhələsinin Dublində keçirilməli olan qarşılaşmaları Sankt-Peterburqa verilə bilər.

YeniAN.az Apasport.az saytının məlumatına görə bildirir ki, buna səbəb İrlandiya paytaxtı azarkeşlərlə bağlı təminat verməməsidir.

Dublin qrup mərhələsinin üç, 1/4 finalın bir matçına ev sahibi olmalıdır. Amma təminat olmadığı üçün UEFA həmin 4 oyunu Rusiyada keçirilməsinin tərəfdarıdır. Bununla bağlı rəsmi qərar yaxın günlərdə verilməlidir.

Qeyd edək ki, Dublində qrup mərhələsinin Polşa, Slovakiya və İsveç yığmaları arasında matçları keçirilməlidir.


YeniAN.az

Oxunub: 115



XƏBƏR LENTİ