Valyuta məzənnəsi

Topdansatış ticarətlə məşğul olan şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur

Tarix:10-02-2019, 14:46

Topdansatış ticarətlə məşğul olan şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur
Vergi Məcəlləsində 2019-cu ildən qüvvəyə minmiş dəyişikliklərə əsasən, topdansatış və pərakəndə satış ticarət fəaliyyətləri üzrə bəzi hallar üçün fərqli vergiqoyma prinsipləri nəzərdə tutulub.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qanunvericiliyə əsasən, 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olan şəxslər üzrə vergiqoyma yanaşması həm topdansatış, həm də pərakəndə satış üçün eynidir. Bu fəaliyyətlərlə məşğul olan şəxslər, vergi qanunvericiliyinə əsasən, ƏDV ödəyicisi kimi fəaliyyət göstərəcəklər.

ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər üzrə isə fərqli vergiqoyma prinsipləri tətbiq edilir. Bu halda pərakəndə satış subyekti 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergiödəyicisi olur.

Topdansatış ticarətlə məşğul olan şəxslərin isə sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur. Belə olan halda, həmin şəxslər fiziki şəxs olduğu təqdirdə gəlir vergisi, hüquqi şəxs olduqda isə mənfəət vergisi ödəyicisi olmalıdırlar. Hər iki fəaliyyət növü - topdansatış və pərakəndə satış ticarət fəaliyyətləri üzrə bu hallarda qanunvericilikdə könüllü ƏDV ödəyicisi olmaq hüququ verilir.
Oxunub: 240



XƏBƏR LENTİ