Valyuta məzənnəsi

Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri ABŞ-da Maliyyə Xidmətləri Simpoziumunda iştirak edib

Tarix:9-04-2019, 12:31

Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri ABŞ-da Maliyyə Xidmətləri Simpoziumunda iştirak edibMaliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti ABŞ-ın "George Mason" Universitetinin Hüquq və İqtisadiyyat Mərkəzinin keçirdiyi İstehlak Ödənişləri və Maliyyə Akademiyası və 9-cu İllik Maliyyə Xidmətləri Simpoziumunda iştirak edib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə rəqəmsal ödənişlər və onun üstünlükləri, ödəniş kartları bazarı iqtisadiyyatı və tətbiq olunan xidmət haqları, maliyyə inklüzivliyində rəqəmsal ödənişlər, habelə innovativ ödəniş texnologiyaları, o cümlədən elektron pul, "fintech" və digər sahələr üzrə təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyəti, həmçinin "Visa Inc." beynəlxalq kart təşkilatının ABŞ-da yerləşən və dünya üzrə dörd regional mərkəzdən biri olan "Visa Məlumat Mərkəzi"nin fəaliyyəti və iş prinsipi ilə tanış olub. Məlumat mərkəzində "Visa Inc." beynəlxalq kart təşkilatının krporativ strategiya və hökumətlə əlaqələr üzrə icraçı vitse-prezidenti Bill Şeedy ilə ölkədə ödəniş kartları bazarının cari vəziyyəti və aparılan islahatlar müzakirə olunub.

Oxunub: 283



XƏBƏR LENTİ