Bu ilin mart-may aylarında Türkiyə ən çox İsveçrə, Azərbaycan və Venesuelaya məhsul ixrac edib.
YeniAN.info APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Birliyi (TİB) məlumat yayıb.
TİB-dən verilən məlumata görə, yeni növ koronovirus pandemiyası ilə əlaqədar keçən ilin eyni dövrü ilə müqayisədə ixracat 33,1 faiz azalıb: “2019-cu ilin mart-may aylarında türk məhsullarına ən çox tələb olan ilk üçlükdəki ölkə İtaliya, Almaniya, İspaniya olub. Bu il isə İsveçrəyə ixrac 42,3 milyon dollar artaraq 260.9 milyon dollara, Azərbaycana edilən ixracat 36.3 milyon dollar artaraq 429.4 milyon dollara və Venesuelaya 27.9 milyon artaraq 50.9 milyon dollara yüksəllməklə bu ölkələr ilk üçlüyə daxil olub”.
YeniAN.info
Oxunub: 234