Valyuta məzənnəsi

Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib

Tarix:16-02-2019, 13:38

Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ukraynalı həmkarı Pavlo Klimkin ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, energetika naziri Pərviz Şahbazovun da iştirak etdiyi görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlığın inkişafından məmnunluqlarını ifadə ediblər.

Söhbət zamanı, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur layihələri haqqında fikir mübadiləsi aparılıb. Bu xüsusda, Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxunub: 358



XƏBƏR LENTİ