Valyuta məzənnəsi

Deputat: Azərbaycan vətəndaşlarının problemlərinin həlli daim Prezidentimizin diqqət mərkəzindədir

Tarix:29-03-2019, 16:34

Deputat: Azərbaycan vətəndaşlarının problemlərinin həlli daim Prezidentimizin diqqət mərkəzindədirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nizami rayonundakı ticarət mərkəzində baş verən yanğın hadisəsini dərhal ciddi nəzarətə götürməsi, zərərçəkən hər bir sahibkara dövlət tərəfindən yardım göstərilməsi ilə bağlı tapşırıq verməsi təkcə sahibkarlar deyil, bütün cəmiyyət tərəfindən çox müsbət qarşılandı. Dünyanın heç bir ölkəsində bu cür qərarlar qəbul edilmir. Belə işlərlə adətən sığorta şirkətləri məşğul olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin bu tapşırığı Azərbaycan vətəndaşlarının problemlərinin həllinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu bir daha göstərdi.

A.Hüseynov əlavə edib ki, Azərbaycan dövləti əhalinin rifahını yüksəltmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər görür. İqtisadi və institusional islahatlar həyata keçirilir, bununla da vətəndaşların yaşayış səviyyəsi yaxşılaşdırılır, yeni iş yerləri açılır. Əhalinin məşğulluğunun və gəlirlərinin artması təmin edilir, yoxsulluq səviyyəsinin daha da azalması üçün işlər görülür. Bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amili və onun rifahı dayanır.

Milli Məclisin deputatı vurğulayıb ki, Prezidentin ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafının böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlı olduğunu vurğulaması, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlətin hər zaman sahibkarların yanında olduğunu və bundan sonra da olacağını qeyd etməsi iş adamları üçün böyük stimul olmaqla yanaşı, həm də dövlət başçısının ölkə iqtisadiyyatının saxələndirilməsi və iqtisadi inkişafla bağlı strateji hədəflərini nümayiş etdirir. Azərbaycanda sosial problemlərin həlli ilə bağlı çox böyük işlər həyata keçirilir. Bu işlər sistemli və ardıcıl xarakter daşıyır. Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı. Prezident İlham Əliyev tez bir zamanda məsələni nəzarətə götürdü, müşavirə keçirdi, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin təmin edilməsi üçün müvafiq komissiya yaratdı. Bütün bunlar bir daha göstərdi ki, dövlət hər zaman vətəndaşının yanındadır.

Oxunub: 286



XƏBƏR LENTİ