Valyuta məzənnəsi

Kopenhagendə ATƏT PA-nın büro iclası keçiriləcək

Tarix:6-04-2019, 14:07

Kopenhagendə ATƏT PA-nın büro iclası keçiriləcəkMilli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev qurumun büro iclasında iştirak etmək üçün aprelin 6-da Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, büronun iclasında Assambleyanın siyasi məsələlər və təhlükəsizlik; iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin məruzələri və qətnamə layihələri müzakirə olunacaq.

İclasda ATƏT PA-nın xüsusi nümayəndələrinin fəaliyyəti və seçki müşahidə missiyalarının hesabatları, Assambleyanın baş katibi Roberto Montellanın mandatının ikinci müddətə uzadılması məsələsinə baxılacaq.

Bununla yanaşı, büro ATƏT PA-nın cari ilin iyulun 4-dən 8-dək Lüksemburqda baş tutacaq 28-ci illik və oktyabrın 4-dən 6-dək Mərakeşdə keçiriləcək payız sessiyalarının gündəliyini, müzakirə mövzularını və layihə sənədlərini təsdiq edəcək.

Azay Quliyev büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair fikirlərini və təkliflərini bildirəcək.

Səfər aprelin 9-da başa çatacaq.

Oxunub: 325



XƏBƏR LENTİ