Valyuta məzənnəsi

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində ilin birinci rübünün yekunları müzakirə edilib

Tarix:12-04-2019, 13:03

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində ilin birinci rübünün yekunları müzakirə edilibMüdafiə Nazirliyinin Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində 2019-cu ilin birinci rübünün yekunlarına dair toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin mənəvi-psixoloji durumu, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb. Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.

Yekunda cari ilin ikinci rübündə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı müdafiə nazirinin tapşırıqları vəzifəli şəxslərə çatdırılıb.

Oxunub: 255



XƏBƏR LENTİ