Valyuta məzənnəsi

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib

Tarix:1-04-2019, 13:56

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilibAzərbaycan Ordusunun hərbi hissələri arasında “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyənləşdirilməsi məqsədi daşıyan yarış nazirliyin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib. Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf olunması üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriliblər. Yarışın qalibləri mükafatlandırılıb.

Oxunub: 229



XƏBƏR LENTİ