Valyuta məzənnəsi

İşğaldan azad olunan ərazilərdə bərpa işləri bu şəhərdən başlayacaq - VİDEO

Tarix:14-01-2021, 21:36


İşğaldan azad olunan ərazilərdə bərpa işləri bu şəhərdən başlayacaq - VİDEO


İşğaldan azad edilən ərazilərdəki tarixi abidələr ardıcıllıqla bərpa ediləcək. Bərpa işləri ilkin olaraq Şuşa şəhərindən başlayacaq. Ermənilər tərəfinədn dağıdılan və ya yararsız hala salınana xiristian abidələri də bərpa ediləcək. ICESCO Şuşa-nın islam dünyasının mədəniyyət paytaxtı olması üçün təklif hazırlayıb.

İşğaldan azad edilən torpaqlarda olan tarixi abidələrin bərpası işlərinə ilk olaraq Şuşa şəhərindən başlanılacaq. Azad olunmuş ərazilərdə inventarlaşma işləri hələ də davam edir. Bunu ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazirin sözlərinə görə,hazırda 6 rayon üzrə məlumatlar əldə edilib və invertarlaşdırma işləri aparılır.

Mədəniyyət naziri Anar Kərimovun sözlərinə görə, işğaldan azad edilmiş bölgələrdəki xristian abidələri də bərpa ediləcək.Hazırda Alban kilsələrinin hamısının bərpası üçün tam şərait yoxdur. Hansı abidələr ki, bizim nəzarətimizdədir, mütləq bərpa ediləcək. Şuşadakı qazançı kilsəsi də bərpa ediləcək.Anar Kərimov UNESCO nu obyektiv qiymətləndirməyə çağırıb.

Mətbuat konfransında çıxış edən İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının Baş direktoru Salim bin Məhəmməd əl-Malik işğaldan azad olunmuş ərazilərdə gördüklərini tədbir iştirakçıları ilə bölüşüb. O bildirib ki, işğaldan azad olunmuş torpaqlarda Azərbaycan mədəni irsini məhv edənlər məsuliyyətə cəlb olunmalıdır.

Baş direktor onu d abildirib ki, ICESCO-nun texniki missiyası tezliklə Azərbaycana səfər edəcək. Fevral ayının sonuna kimi texniki missiyanın işğaldan azad olunmuş bölgələrə gəlişi baş tutacaq. Bununla yanaşı Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı olması üçün de ICESCO təklif hazırlayıb. / (xezerxeber.az)



YeniAN.info

Oxunub: 236



XƏBƏR LENTİ