Valyuta məzənnəsi

Şentop: “İşğaldan azad olunmuş ərazilərə səfər etməyi arzulayırıq”

Tarix:25-02-2021, 15:00

Şentop: “İşğaldan azad olunmuş ərazilərə səfər etməyi arzulayırıq”


“Mümkün olacağı təqdirdə işğaldan azad olunmuş ərazilərə səfər etməyi hər zaman istəyirik”.

YeniAN.info APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop jurnalistlərin Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinə mümkün səfərlə bağlı sualını cavablandırarkən deyib.

O, Azərbaycanın Baş naziri ilə görüşdə də bu istəyini ifadə etdiyini vurğulayıb.

“İnşallah, bu ilin sentyabr-oktyabr aylarında Beynəlxalq Sosial Elmlər Konqresinin Gəncədə Türkiyə, Azərbaycan, ABŞ və digər ölkələrdən 400-ə yaxın elm adamının iştirakı ilə simpoziumunu keçirməyi arzu edirik. Simpoziumla əlaqədar olaraq başda Şuşa olmaqla, digər işğaldan azad olunmuş ərazilərə səfər etməyi arzulayırıq”, - deyə Türkiyə parlamentinin sədri qeyd edib.

YeniAN.info

Oxunub: 167



XƏBƏR LENTİ