Valyuta məzənnəsi

Azərbaycanın 4 ölkədəki səfiri geri çağırıldı-YENİ SƏFİRLƏR TƏYİN OLUNDU

Tarix:16-07-2021, 21:37

Azərbaycanın 4 ölkədəki səfiri geri çağırıldı-YENİ SƏFİRLƏR TƏYİN OLUNDU

Prezident İlham Əliyev Əli Əlizadənin Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

Sərəncam imzalayıb.

YeniAN.az Etikxeber.az-ın xəbərinə istinadən bildirir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.


***

Prezident həmçinin Xəzər Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.


***

Prezident eyni zamanda Həsən Məmmədzadənin Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.


***

Ölkə Prezidenti bununla yanaşı Əlimirzamin Əskərovun Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

Sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.


***

Prezidentin digər Sərəncamı ilə Lətif Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezidentin başqa bir Sərəncamı ilə Ülvi Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın Belarusdakı səfiri də geri çağırılıb və yenisi ilə əvəzlənib.


YeniAN.az

Oxunub: 178



XƏBƏR LENTİ