Valyuta məzənnəsi

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Tarix:15-08-2021, 19:05

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

YeniAN.az

Oxunub: 150



XƏBƏR LENTİ