Valyuta məzənnəsi

Çavuşoğlu Ermənistanın sərhəddə təxribatına münasibət bildirib: “Ermənistan Azərbaycan torpaqlarına terror hücumu edir”

Tarix:17-11-2021, 17:00

 Çavuşoğlu Ermənistanın sərhəddə təxribatına münasibət bildirib: “Ermənistan Azərbaycan torpaqlarına terror hücumu edir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətə münasibət bildirib.

YeniAN.az xəbər verir ki, Türkiyə XİN rəhbəri bəhreynli həmkarı ilə mətbuat konfransında APA-nın Ankara müxbirinin sualına cavab olaraq deyib ki, Azərbaycan təxminən 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarını əks-həmlə əməliyyatı ilə 44 günə azad edib.

“Azərbaycan öz qətiyyətini, türkün gücünü göstərdi. Biz əvvəl də demişdik, indi də deyirik: Azərbaycan tək deyil, tək olmayacaq. Çünki Azərbaycan heç vaxt bizi tək qoymayıb. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan hərbçilərinə Allahdan rəhmət diləyirəm”, - Türkiyə XİN rəhbəri vurğulayıb.

“Azərbaycan əldə etdiyi zəfərdən sonra bölgənin sabitliyi və inkişafı üçün “altılıq platforması” təşəbbüsü ilə çıxış edib, Ermənistana sülh təklif edib. Təsəvvür edin, müharibədə qalib gələn tərəf, güclü olan tərəf sülh təklifi ilə çıxış edir. Ermənistan isə müharibə bitəndən sonra Azərbaycan torpaqlarına silahlılarını sızdırır, onlar Azərbaycan torpaqlarında terror hücum həyata keçirir”.

Nazir ötən il üçtərəfli atəşkəsdən dərhal sonra Ermənistanın Azərbaycan torpaqlarına diversantlar göndərdiyini xatırladıb: “Ermənistan bir tərəfdən Azərbaycan əsgərlərinə, qardaşlarımıza terror hücumu edirlər, digər tərəfdən həmin hücumları törədən şəxslərin qaytarılması üçün yalvarırlar. İki yanaşma arasında fərqə baxın. Ermənistanın təxribatları nəticə verməyəcək. Biz də Türkiyə olaraq bölgənin sabitliyini, münasibətləri normallaşdırmaq istəyirik. Biz belə deyirik, Ermənistan isə təxribat törədir. Bəs qarşılığında nə əldə edir? Ermənistan uduzur və yenə uduzacaq”.



YeniAN.az

Oxunub: 107



XƏBƏR LENTİ