Valyuta məzənnəsi

Xocavənd istiqamətində mövqələrimiz atəşə tutulub

Tarix:19-02-2022, 17:47

Xocavənd istiqamətində mövqələrimiz atəşə tutulub

Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.

YeniAN.az

Oxunub: 114



XƏBƏR LENTİ