Bu gün Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından olan Məhəmməd Əmin Rəsulzadə vəfatının 67-ci ildönümündə Ankarada yerləşən məzarı başında anılıb.
YeniAN.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki fövqaladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun başçılığı ilə səfirliyin kollektivi anım mərasimində iştirak edib.
M.Ə.Rəsulzadənin məzarı önünə əklil qoyulub, 104 il öncə bu günkü demokratik Azərbaycanın əsasının qoyulmasında fəaliyyətlər göstərən uzaqgörən liderin xidmətlərindən bəhs edilib və ehtiramla yad edilib.
Qeyd edək ki, M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada 71 yaşında dünyasını dəyişib və Türkiyə paytaxtında yerləşən Əsri məzarlığında dəfn edilib.
YeniAN.az