Valyuta məzənnəsi

Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

Tarix:1-06-2022, 18:30

Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 1-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Nazirlər Kabinetindən YeniAN.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu.

BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin əhəmiyyəti vurğulandı. Bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə aparılan danışıqlara toxunuldu.

YeniAN.az

Oxunub: 155



XƏBƏR LENTİ