Özbəkistanın Daşkənd şəhərində keçirilən Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova burada yerli kütləvi informasiya vasitələrinə müsahibə verib.
Milli Məclisin sədri sammitin əhəmiyyəti və müzakirə olunan mövzuların aktuallığı barədə media nümayəndələrinin suallarını cavablandırıb. Parlamentin sədri Azərbaycan və Özbəkistan arasında münasibətlərin dinamik inkişafı, tərəflər arasında bir çox sahələri əhadə edən geniş əməkdaşlıq, həmçinin, iki ölkənin parlamentləri arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində görülən işlər barədə danışıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi