Valyuta məzənnəsi

Sahibə Qafarova Polşa Prezidentinə Ermənistanın qoşunlarını Azərbaycan ərazilərindən çıxarmadığını bildirib

Tarix:18-04-2023, 23:30

Sahibə Qafarova Polşa Prezidentinə Ermənistanın qoşunlarını Azərbaycan ərazilərindən çıxarmadığını bildirib

Milli Məclisin sədri Sahibə Qafarova Polşa Prezidenti Andjey Dudaya Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işləri, Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib.

Bu barədə YeniAN.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Sahibə Qafarova deyib ki, Ermənistan Üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb. O cümlədən, Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə edir. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan, guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Laçın yolundan 6 mindən çox avtomobilin keçidi sübut edir ki, bu yol humanitar məqsədlər üçün açıqdır.

Oxunub: 38



XƏBƏR LENTİ