Valyuta məzənnəsi

Savalan Mirzəyev: Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrı çətin şəraitdə fəaliyyət göstərir

Tarix:8-02-2019, 12:15

Savalan Mirzəyev: Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrı çətin şəraitdə fəaliyyət göstərir
Gürcüstan parlamentinin bugünkü iclasında bu ölkədə yaşayan azərbaycanlıların məsələsi diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, deputat Savalan Mirzəyev iclasda çıxış edərək soydaşlarımızı narahat edən məsələlərə toxunub, əlaqədar təşkilatların diqqət yetirməsinin vacibliyini vurğulayıb.

İclasda əvvəlcə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili nazirliyin fəaliyyətinə dair hesabatla çıxış edib.

Nazirin çıxışından sonra S.Mirzəyev yerli azərbaycanlıların təhsil və mədəniyyəti ilə bağlı mövcud olan problemləri, icmanı narahat edən məsələləri nazirin diqqətinə çatdırıb.

Deputat hesabatda qeyri-gürcü dilli məktəblər barədə görülən və ya görüləcək işlər barədə məlumatın olmadığını təəssüf hissi ilə qeyd edib. Bildirib ki, hazırda bölgələrdə fəaliyyət göstərən onlarla qeyri-gürcü dilli məktəbin direktoru yoxdur və bu, böyük problem yaradır.

Deputat uzun illərdir acınacaqlı vəziyyətdə olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının məsələsinə də toxunub. Bildirib ki, teatr çox çətin şəraitdə fəaliyyət göstərir: “Biz illərdir bu problem barədə danışsaq da, təəssüflər olsun ki, məsələ hələ də öz həllini tapmayıb”.

Deputat nazirdən teatrın kollektivi ilə görüşməyi və onların problemlərinin həllinə köməklik göstərməyi xahiş edib.

S.Mirzəyev çıxışının sonunda milli azlıqların ali məktəblərə qəbulu üçün nəzərdə tutulmuş “1+4” proqramından da danışıb. Qeyd edib ki, buraxılış imtahanlarının ləğvi əhalidə bir çox suallar doğurub.

Milli azlıq nümayəndələri gələcəkdə bu proqramın da ləğv oluna biləcəyi barədə maraqlanırlar.

Nazir qaldırılan məsələlərə diqqət yetiriləcəyini bildirib.
Oxunub: 260



XƏBƏR LENTİ