Valyuta məzənnəsi

Sabah paytaxtda hava çiskinli olacaq

Tarix:4-03-2019, 14:16

Sabah paytaxtda hava çiskinli olacaq
Azərbaycanda martın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin martın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5°, gündüz 8-11° isti, Bakıda gecə 3-5°, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 12-17° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 3-8° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 5-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü müşahidə ediləcək. Bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Oxunub: 203



XƏBƏR LENTİ